Hər yerdə ətin qiyməti 14-17 manata təklif edilsə də, Bakının məşhur “8-ci kilometr” bazarında mal əti 10 manata, qoyun əti isə 11 manata satılır. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Satıcıların sözlərinə görə, ət dişi mal əti olduğuna görə ikinci sort kimi sayılır və bu səbəbdən bazar qiymətindən ucuz satılır.
Bəzi müştərilər isə bu cür əti təhlükəli hesab edərək göz önündə kəsilən ətlərə üstünlük verirlər.
Ekspertlər də hesab edirlər ki, bazarlarda ət satışına nəzarətin zəif olması, bəzən mənşəyi bilinməyən ətlərin satılmasına gətirib çıxarır. Bu isə insan sağlamlığı üçün təhlükəlidir.
Azərbyacan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirildi ki, bazarlarda satılan qida məhsullarının təhlükəsizlik tələblərinə uyğunluğu, satış normativlərinə cavab verməsi məsələlərinə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. İstehlakçılar ət keyfiyyətindən şübhələnərlərsə, ekspertiza aktını tələb edə bilərlər.