İqtisad Universitetinin tələbəsi NASA-nın saytında səhv tapıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
UNEC-in İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov NASA-nın saytında xəta aşkarlayıb. Bununla bağlı rəsmi şəkildə NASA-ya müraciət edən Hüseyn bəy təsdiq geri dönüşü alıb.
Tapılan boşluqdan istifadə edərək həssas məlumatları əldə etmək mümkün idi. Həmin məlumatlarda SQL bazası, server və drayver haqqında məlumatlar əks olunmuşdu.