Vasif Talıbovun aldığı Bakı Dövlət Universitetinin diplomu saxta çıxıb. Bu haqda bu gün, 22 dekabr tarixində Yenisabah.az məlumat verib.
Bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında yazıb. Talıbov hüquqşünas ixtisası üzrə ikinci təhsil alan zaman Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub. O, təhsilini 1998-ci ildə başa vurub. Araşdırmalar zamanı sabiq məmurun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub.
Qeyd edək ki, həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov idi.