Rusiya estradasının müğənnisi Vera Brejneva Bakıda konsert verəcək. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Musiqi axşamında BMT-nin səfiri, aktrisa və teleaparıcı Vera Brejneva öz hitlərini, həmçinin “VİA Qra” qrupunun mahnılarını da oxuyacaq.
Konsert fevralın 21-də Heydər Əliyev Sarayında baş tutacaq. Biletləri onlayn yolla və şəhərin kassalarında əldə etmək mümkündür. Qiymətlər 40-200 manat aralığında dəyişir.