Bakı-Sumqayıt yolunun yaxınlığından keçən Sarı Aşıq küçəsində zibil qutuları günlərlə, qəbiristanlıq yaxınlığında yerləşən meşəlikdə olan zibilliklər isə tamamilə təmizlənmir. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az məlumat verir.
Kommunal qurumlar Abşeron rayonu, Xırdalanın girişində yerləşən zibil qutularını dünən təmizləsə də, yerdə olan zibil kisələri elə yerində qalıb.
Həmin ərazidə, Xırdalan qəbiristanlığı ilə üzbəüz meşəlikdə mövcud zibil qutuları alt-üst qalıb və ətrafdakı torpaq məişət tullantıları ilə dolub.
Həmçinin meşənin müxtəlif yerlərində zibilliklər xaotik şəkildə yerləşdirilib. Qutularda saxlanmayan plastik torbalar külək və sahibsiz heyvanlar tərəfindən getdikcə daha çox meşə ərazisinə yayılır.
[URIS id=83992]