Abşeron rayonunun Xırdalan şəhərində 17 mərtəbəli yaşayış binasının damına kustar üsulla tikilmiş daha bir mərtəbə əlavə olunub.
Sakinlər bildiriblər ki, binanın problemi yalnız bununla bitmir.
Belə ki, binada bir mənzilin bir neçə adama satılması faktı da olub.
Tikintinin rəhbərliyində təmsil olunan iki şəxs isə hazırda həbsdədir.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı ciddi araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.
İTV bununla bağlı süjet hazırlayıb. Süjeti təqdim edirik.