Vətən Müharibəsi şəhidi Əkbər Pənahovun doğum günündə İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Bu haqda 12 avqust tarixində Xətai RİH məlumat verib.
Şəhidin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb, şəhidimizin ruhuna dualar oxunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
[caption id="attachment_58241" align="alignnone" width="800"]
Foto Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]