Xətai rayonunda suyun verilişi bərpa olunub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində görülən işlərin növbəti mərhələsi başa çatıb. Beləliklə, İbrahim Əbilov, Ramiz Quliyev, Cavanşir, Azadlıq, Qvardiya, Naxçıvani küçələrində, Polad Həşimov qəsəbəsi, 8 Noyabr prospekti və Zığ yolu küçəsində suyun verilməsi bərpa olunub.