Bakının Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında çıxarılan ağaclar yerinə qaytarılıb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Qafqazinfo.az-a istinadən xəbər verir.
İcra Hakimiyyətindən verilən məlumata əsasən, “Kvadratlar” adlanan ərazidə ağaclar naməlum şəxs tərəfindən yerindən qoparılmışdı. Həmin ağaclar hazırda yenidən torpağa basdırılıb.
Məsələ ilə bağlı polis şöbəsinə məlumat verilib. Hazırda əməli törədən şəxs və ya şəxslərin kimliyi araşdırılır.
Bir müddət əvvəl iddia olunurdu ki, sözügedən ərazi dövlət tərəfindən hasara alınıb.