İstilik mövsümü 2 həftədir başlasa da, Xətai rayonunun Sarayevo küçəsi, 13V binasının 1, 2 və 3-cü bloklarında yerləşən mənzillərə istilik verilmir. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.
“Azəristiliktəchizat” ASC-dən bildirilib ki, Neapol dairəsinin yaxınlığında magistral xətdə axıntı yaranıb. Üç gün ərzində aparılan təmir işləri səbəbindən istilik verilmir. İşlər başa çatandan sonra istiliyin verilməsi bərpa olunacaq.
Təmir işlərinin qeyd olunan binaya aidiyyəti olmadığı məlum olduqdan sonra sahə müdiri işçilərlə əlaqə saxlayıb və istiliyin başqa səbəbdən verilmədiyini öyrənib. Məsələ ilə bağlı tapşırıqlar verilib, istilik sistemində olan problemin araşdırılmasına başlanılıb.