Xətai rayonunda suyun verilişi dayandırılacaq. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
8 Noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar rayonun “Nargilə” dairəsindən Naxçıvanski dairəsinədək olan hissəsində içməli su kəsiləcək.
Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.