Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yüksəktəzyiqli magistral qaz kəmərinin dayaqlar üzərinə qaldırılması ilə bağlı 12 iyul tarixində saat 10:00-dan işlər bitənə qədər qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrini, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivini əhatə edəcək.