Xətai rayonunda yerləşən un məmulatları emalı və satışı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Rayonun M.Hadi küçəsində yerləşən “qutab-pirojki” mağazasında aparılan yoxlama zamanı obyektdə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, eyni zamanda işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb.
Faktlarla bağlı rəhbərlik məsuliyyətə cəlb olunub.