Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 109 ünvanında sakin 4-cü mərtəbədən zirzəmiyə kanalizasiya borusu çəkib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Belə ki, 4-cü mərtəbədə yaşayan sakin binanın fasadı üzərindən birbaşa zirzəmiyə çirkab sular üçün boru xətti çəkib. Həmçinin həmin borudan kanalizasiya suyu sızaraq məhəlləyə axır. Bu da digər sakinlərin narazılıqlarına səbəb olur.
“Orada əvvəldən kanalizasiya xətti yox idi. Mən onu mərkəzi kanalizasiyaya birləşdirdim. İndi orada hansısa zədə olub. Yeni boru lazımdır, onu da həll edəcəyik”, – deyə sakin qeyd edib.
97 saylı MKİS-nin sədri Ruslan Ələkbərov deyib ki, o, məsələdən yenicə xəbər tutub.
“O xətləri adətən kanalizasiya idarəsi ləğv edir. Ehtiyac yaranarsa, bizim və hətta sahə müvəkkilinin köməkliyi ilə məsələ həll olunacaq”, – deyə o, əlavə edib.