top
Xətaidə sakinlər 14 ildir çıxarışsız mənzillərdə yaşayırlar
30 aprel 2024, 06:26
- +

Xətaidə sakinlər 14 ildir çıxarışsız mənzillərdə yaşayırlar

Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yerləşən binaya uzun illərdir çıxarış verilmir. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.

“Hidayət” MTK-nın inşa etdiyi binanın sakinləri 14 ildir evlərinə çıxarış ala bilmirlər.

“Gedirik, deyirik: “Çıxarış ver”. Deyir: “Sizin elə-belə də canınızı alacağam”. 74 yaşım var, ölsəm, evim havada qalacaq”, – deyə sakinlərdən biri şikayət edir.

Bundan əlavə, binanın lifti də baxımsız vəziyyətdədir.

“Hər gün liftimiz xarab olur, günlərlə işləmir. Çox əziyyət çəkirik”, – deyə sakinlər əlavə edirlər.

MTK-nın sədri olduğu bildirilən Venera Rüstəmova məsələ ilə bağlı bildirib ki, binanın idarəçiliyi tam sakinlərin səlahiyyətindədir.

“İdarəçilik onların əlindədir. Kommunal yığımı, liftin işləyib-işləməməsi onların səlahiyyətindədir. Amma bugünkü gün yenə də hansısa xərclər mən tərəfdən ödənilir. Misal üçün qaraja su yığılması ilə bağlı pul yığırlar, “Azərsu”ya pul ödəmirlər, çek də durur, mən ödəmişəm. Sakinlər gəlib dedilər ki, evlərinə su damır. Damda aparılan işlərə hardasa 5000-ə yaxın pulumuz çıxdı. Bunların hamısını onlar etməlidirlər, amma etmirlər. Lift üçün 240 mənzildən 100 AZN-dən pul yığdılar, hələ obyektlərdən də pul yığırlar. Ortaya heç bir şey çıxmadı”, – deyə sədr vurğulayıb.

Çıxarış məsələsi ilə bağlı isə işlərin artıq yekunlaşmaq üzrə olduğu qeyd olunub.

“Çox az müddət qalıb. Sadəcə qarşı tərəfdən asılıdır ki, çəkilsinlər, bizə mane olmasınlar, bu münaqişə dayansın və biz çıxarışımızı alaq”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Bu gün, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Bu gün, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Bu gün, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Bu gün, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Bu gün, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Bu gün, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
Dünən, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
Dünən, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
Dünən, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
Dünən, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Dünən, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Dünən, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Dünən, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Dünən, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər