Xəzər dənizində baş verən zəlzələ Bakıda da hiss edilib. Bu barədə BakuPlus.az bu gün, 4 iyul tarixində xəbər verir.
Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ ocağı 65 km dərinlikdə yerləşib.
Paytaxtın müxtəlif ərazilərində bəzi insanlar çöldə gecələməli olublar.
Zəlzələ ilə əlaqədar TƏBİB-in təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
Yeraltı təkan Quba, Xaçmaz, Siyəzəndə 6 bala Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/baku2.mp4"][/video]