Bu gün Bakının Xəzər rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bakuplus.az “Azəriqaz” İstehsalat Birliyinə (İB) istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.