Xəzər dənizi sahilləri tullantılardan təmizləndi.
Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya Xəzər dənizinin Bilgəh və Nardaran sahillərində keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Kapital Bank”ın, “Competo” və “PashaPay” şirkətlərinin, Qırmızı Ürəklər Fondunun, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində sahil zolağı 450 kq tullantıdan təmizlənib.