Xəzər rayonunda pendir anbarı bağlanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında, Binə qəsəbəsi, Atçılıq ərazisi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən və pendir məhsullarının yerləşdiyi anbarda yoxlamalar aparılıb.
Monitorinq zamanı anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi etiket və markalanması olmayan 220 kq saçaq pendir, 90 ədəd 250 qramlıq mozzarella pendiri, ümumi çəkisi 145 kq sosiska məhsulu, 350 kq pendir, 56 kq süzmə şor, eləcə də istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb.
Bundan əlavə, məhsulların düzgün saxlanılmadığı, işçilərin sanitar avadanlıqları ilə təmin edilmədiyi, onların geyinib-soyunma otaqlarının olmadığı və tibbi müayinədən keçmədikləri məlum olub.
Aşkar olunan faktlarla bağlı müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
[caption id="attachment_108501" align="alignnone" width="640"]
Foto AQTA[/caption]