Azərbaycan Milli Xalça Muzeyində noyabrın 13-də, saat 18:30-da “Əjdahalı xalçalar” mövzusunda mühazirə keçiriləcək. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az məlumat verir.
Mühazirədə Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksioner, xalça eksperti Alberto Boralevi çıxış edəcək. Mühazirə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən xaricdəki şəxsi kolleksiyadan alınaraq Vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın nadir kompozisiyalı “Xətai” xalçasına həsr olunub.
Görüş ingilis dilində baş tutacaq. İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.