Azərbaycan Milli Xalça Muzeyində yeni sərgi açılacaq. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
“Zamana qalib gələn milli irsimiz” adlı sərgidə muzeyin konservasiya olunmuş 30-dək eksponatı təqdim ediləcək. Buraya XVII-XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.
Tədbir 13 yanvar saat 16:00-da başlayacaq. Sərgi 21 yanvar tarixinə qədər davam edəcək.