Bakıda Xalq rəssamı Lətif Kərimovun fərdi sərgisi keçiriləcək. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Xalq Əmanəti” layihəsi çərçivəsində “Xalq Bank”ın əsas binasında Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya fəaliyyət göstərəcək. Həmçinin burada rəssamın yeni “Azərbaycan xalçası” kitabı da nümayiş olunacaq.
Sərgi 4 dekabr tarixindən etibarən iş günlərində saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə 10:00-16:00 arası açıq olacaq. Giriş sərbəstdir.
Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.