Noyabrın 11-də “Qobu park” yaşayış kompleksində məcburi köçkünlərə dəstək tədbiri keçirilib.
Koreya Respublikasının səfirliyi “Qobu park” yaşayış kompleksində yerləşən “Xarıbülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri həyata keçirib. Qonaqlar “Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlərə baxıblar. Müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar verilib.
Daha sonra, qonaqlar mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olublar, burada işləyən məcburi köçkünlərlə söhbət ediblər. Koreya Respublikasının səfirlik tərəfindən “Xarıbülbül”ə ip, əriş-arğac və bir sıra texniki avadanlıqlar hədiyyə olunub.