İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 369 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
Bakuplus.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Bildirilib ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22 oktyabrdan açıq olacaq.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 522 kirayə müqaviləsi bağlanıb.