Bakıda yağan qar daşınmada problemlər yaradıb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Güclü qar səbəbindən yollar buz bağlayıb, bu da mağazalara çörəyin daşınmasında çətinliklər yaradıb. Belə ki, çörəkdaşıyan avtomobillər mənzilbaşına vaxtında çata bilmədikləri üçün bəzi obyektlərin piştaxtaları bir neçə saat boş qalıb.
“Qaz və işıq problemi olmayıb, ancaq logistikada çətinliklər yaranıb. Hətta bəzi avtomobillər qəzaya düşüb. Təəssüf ki, bəzi müəssisələr qış fəslinə hazır olmayıb”, – deyə “Azad istehlakçilar” İctimai Birliyinin sədri qeyd edib.