Bakıdakı YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 23-də Azərbaycanda moda sənayesinin hazırkı vəziyyəti haqqında müzakirə keçiriləcək. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az məlumat verir.
Müzakirədə dizaynerlər Səidə Nəzərova, Anar İsgəndərli, Xəyalə Əsədova, Yekaterina Eren və Fidan Sadiqova öz təcrübələrinə istinadən ölkəmizdə moda mənzərəsinin tənqidi analizini edərək, moda sənayesinin gələcəyi üçün yeni fikir və perspektivlərdən söhbət edəcəklər.
Görüşün moderatoru moda dizayneri Nəzrin Ağarzayevadır. Müzakirə saat 19:00-da başlayır. Giriş sərbəstdir.