Bakının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində fevralın 16-da “Sevgiylə Vinsent” animasiyası nümayiş olunacaq. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az məlumat verir.
Vinsent van Qoqa həsr olunmuş bioqrafik film Berlində keçirilən 30-cu Avropa Film Mükafatlarında “Ən Yaxşı Animasiya Filmi” mükafatını qazanıb, həmçinin 90-cı Akademiya Mükafatlarında “Ən Yaxşı Animasiya Filmi” nominasiyasına namizəd görülüb. Əlavə olaraq, bu animasiya 125 rəssamdan ibarət olan komanda tərəfindən kətan üzərində yağlı boya ilə çəkilib.
Film ingilis dilində və eyni dildə altyazısı ilə təqdim olunacaq.
Filmin müddəti: 94 dəq. Yaş həddi: 16 yaşdan yuxarı. Təqdimata giriş sərbəstdir.