Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi və Tbilisi prospektinin bir hissəsində 1000 istehlakçının qaz təminatında fasilə yaranıb. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə saat 10:00-dan etibarən başlayıb.
Qaz təchizatında məhdudiyyət Həsən bəy Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.