“Sovetski”də olan qəzalı eyvan sökülüb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Yasamal rayonunun Əlövsət Quliyev küçəsində yerləşən binanın eyvanı aylardır qəzalı idi və 1 taxta üzərində dururdu.
Məlumat ictimailəşəndən sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəzalı eyvan sökülüb.
Qurumdan bildirilib ki, sökülən eyvanın təmiri ilə bağlı tədbirlər görüləcək.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/open-s.mp4"][/video]