Yasamalda 14 yaşlı qız intihara cəhd edib.
Bakupost.az xəbər verir ki, yeniyetmə özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb.
O, dərhal xəstəxanaya çatdırılıb və hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlərin nəzarəti altındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.