Metronun “İnşaatçılar” stansiyasının çıxışı avtomobillərlə bağlanıb. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az jurnalist Çingiz Səfərliyə istinadən xəbər verir.
Belə ki, yaxınlıqda yerləşən “Ağ çiçəyim” şadlıq sarayında mərasim olan zaman metronun çıxışı avtomobillərlə dolur. Bu səbəbdən də piyadalar hərəkət edə bilmirlər və yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar.
“Hər axşam orada toy olanda vəziyyət belədir”, – deyə jurnalist qeyd edib.
[caption id="attachment_121032" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]