Yasamal rayonu, 1-ci köndələn küçəsində piyada səkisi obyektlər tərəfindən zəbt olunub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən ərazinin Süleyman Dadaşov küçəsi ilə kəsişməsində piyada səkisi tamamilə obyektlərin pilləkənləri ilə zəbt edilib, yolun kənarında isə avtomobillər park olunub.
Buradan 2 nəfərin yan-yana keçməsi qeyri-mümkündür. Ərazidə düzgün səki belə yoxdur.
Həmin yerdən görüntülər: