Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın fasadı qopub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Ərazidə yerləşən 17 mərtəbəli yaşayış binasının fasadı qoparaq 6-7 avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. İnsanlar arasında xəsarət alan olmayıb.
Şirkət mühafizəçisinin verdiyi məlumata əsasən, fasad güclü külək səbəbindən qopub. Həmçinin əlavə olunub ki, yaxın zamanlarda problem MTK tərəfindən həll olunacaq.
Avtomobillərdən birinin sahibi isə qeyd edib ki, dəymiş zərəri şirkət ödəyəcək.