Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 81A ünvanıda çirkab sular daşaraq yola axır. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, bu hal ilk dəfə deyil ki, yaşanır. Elə olur ki, sular dayanmadan hər gün axır. Üfunət isə bütün əraziyə yayılır. Eləcə də yaşlı insanlar ərazini çətinliklə keçirlər.
“Azərsu” ASC-yə muraciət etdikdən sonra, əməkdaşlar əraziyə cəlb olunublar və problemi həll etməyə başlayıblar.
“Problem odur ki, bir ədəd salfet atırlar. O da əzilmir, həll olunmur və xətdə problem yaradır. Gəlib yapışır bir-birinə, onda tutulma baş verir”, - deyə əməkdaşlar bildiriblər.
Əlavə olaraq onlar məlumat veriblər ki, belə bir vəziyyət yenidən yaranmasın deyə sakinlər məsələyə məsuliyyətlə yanaşmalıdırlar.