Yasamal rayonunda tarixi binaya müdaxilənin qarşısı alınıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Bina rayonun Tolstoy küçəsi, 131 ünvanında yerləşir. Aparılan işlər çərçivəsində abidənin fasadına vurulan rəng təmizlənib, əlavə qurğular sökülüb, tarixi tikili ilkin görkəminə qaytarılıb.
Abidəyə ziyan vuranla profilaktik söhbətlər aparılıb, ona xəbərdarlıq edilib.
Abidələrin üzərində hər hansı əməliyyat yalnız Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla və Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.