Bakının daha bir hissəsində avtomobil yolu nizamlanıb.
Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində, “Nizami” m/s-nın yaxınlığında sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.
Belə ki, qeyd olunan kəsişmədə əvvəlcə yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. Daha sonra işqıfor quraşdırılıb, piyada zolağı çəkilib.