Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli massivində yerləşən qəbiristanlıq baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, uzun müddətdir nəzarət olunmayan qəbiristanlığa gedən yol belə bərbad vəziyyətdədir. Ərazidə palçıqdan hərəkət etmək çətindir, tullantılar isə, görünür ki, uzun müddətdir yığışdırılmır. Qəbirlər də get-gedə torpağa qarışır.
Qaraçuxur qəsəbəsi bələdiyyəsindən məsələ ilə bağlı bildirilib ki, sözügedən qəbiristanlığa baxış keçirilib və yaxın zamanda ərazidə təmizlik işləri aparılacaq.