Suraxanı rayonunda yaşayış evlərində sürüşmə baş verir. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Belə ki, rayonun Yeni Günəşli qəsəbəsində torpaq sürüşməsi səbəbindən asfalt örtüyü çatlayıb, hasarlar dağılıb. Sakinlər yaşadıqları evlərin dağılma ehtimalından narahatdırlar.
“Bizə ya desinlər ki, qorxulu heç nə yoxdur, ya da desinlər ki, köçüb gedək”, – deyə sakinlər bildirirlər.
Onların sözlərinə görə, son zəlzələdən sonra sürüşmələr intensivləşib. Bu da ərazini daha da təhlükəli edir.
Ekologiya Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən ərazidə tədqiqatlar aparılmalıdır və xüsusi layihə hazırlanmalıdır. Hazırda araşdırmalar davam edir.