Martın 6-da IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində daha bir abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 7 mart tarixində IDEA-nın mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” massivi, Süleyman Əhmədov küçəsində 1200 sakinin yaşadığı 21, 22, 23, 24, 25, 26, 27 nömrəli çoxmərtəbəli binaları əhatə edir.
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.
Həyətdə uşaqlar üçün meydançalar, 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Ərazidə təmir və yaşıllaşdırma işləri görülüb.
[URIS id=93113]