Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən binaların birində qanunsuz olaraq su çəni quraşdırılıb. Bu haqda bu gün, 13 aprel tarixində Oxu.az məlumat verib.
Yerli sakin bildirir ki, qonşu blokda su çəni qoyub. Nəticədə çən doldurulan zaman su yerə tökülür, blokda nəmişlik yaranır. “Çən təhlükə mənbəyidir. Hər an qopub oradan keçən şəxsin başına düşə bilər”, - deyə sakin bildirir.
Onun iddialarına görə, çənin quraşdırılması üçün qonşu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 62 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Cavad Abdullayevə rüşvət verib. Bu səbəbdən də MKTB tərəfindən heç bir tədbir görülmür.