Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti dayandırılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yoxlamalar apararaq müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işinin aparıldığını müəyyən edib.
Qanunsuz tikintinin qarşısı alınıb, obyekt nəzərətə götürülüb.
[caption id="attachment_85401" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]