Yeni Suraxanıda qatarın avtomobil yolunu bağladığı iddia olunur.
Bakuplus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qatarın yolu bağlaması avtomobillərin hərəkətinə mane yaratdığı bildirilib.
Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə sorğu ünvanlayıb.
ADY QSC Bakuplus.az-a açıqlamasında bildirib ki, həmin ərazidə planlaşdırılmış təmir-tikinti işləri aparılır:
“Bu səbəbdən günün müəyyən saatlarında yük qatarlarından lazımi tikinti materialları boşaldılır və bu da qısamüddətli prosesdir. Ümumiyyətlə, dəmir yollarında təmir-tikinti işləri aparılarkən keçidlərdə bəzən belə hallar müşahidə olunur”.
Sözügedən görüntüləri təqdim edirik:
Nəzrin Vahid