Yeni Yasamal qəsəbəsində liftlər təhlükəli vəziyyətdədir. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Qəsəbənin Dadaş Bünyadzadə, 8 ünvanında yaşayan sakinlər liftlərin baxımsız olmasından narazıdırlar. Onların sözlərinə görə, 20 ilə yaxındır xidmət edən lift baxımsız vəziyyətdədir. Tez-tez xarab olan qurğu sakinlərin şəxsi hesabına təmir olunur.
Belə ki, lift yalnız trosla işləyir və içinin alüminiumları oğurlanıb. Dəfələrlə müraciət olunmasına baxmayaraq, məsələ ilə bağlı hər hansı addım atılmır.