Küçədə qeyri-etik hərəkətlər edən “tiktoker” müalicə alır. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
“Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”, – deyə DİN açıqlama verib.