Rusiyada məşhur olan yumorist Bakıya gəlir. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Rusiyanın məşhur “TNT” kanalında nümayiş olunan “Women’s Stand-up” şousunun tanınmış iştirakçısı S.Yusupova mayın 2-də Opera Studiyasının Konsert salonunun səhnəsində çıxış edəcək.
Tədbir saat 19:00-da baş tutacaq. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymətlər 25-100 manat aralığında dəyişir.