Azərbaycanda Zəfər Günü münasibətilə 22 oktyabr - 8 noyabr tarixlərində “Zəfər” musiqi və teatr festivalı keçiriləcək. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərləri, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarında bir sıra musiqili proqramlar və tamaşalar nəzərdə tutulub.
Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvət olunmaları planlaşdırılır.