Özünü DTX əməkdaşı kimi qələmə verən şəxs saxlanılıb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az “Avtomobil TV”-yə istinadən xəbər verir.
“Avtomobil TV” səhifəsinin admini, videobloger Elvin Hüseynli bildirib ki, DTX əməkdaşları onunla əlaqə saxlayıb və hadisə barəsində geniş məlumat alıblar. Daha sonra dələduz saxlanılıb və onun barəsində araşdırmaya başlanılıb.
Məlum olub ki, həmin şəxsin adı Ruslan Qurbanovdur və o, əvvəllər də müxtəlif səbəblərdən məhkum olunub. Dələduzun əlindən zərər çəkən şəxslərdən DTX-yə müraciət etmələri xahiş olunur.