top
Zabratda yaşayış binasının zirzəmisini mazut basıb - VİDEO
01 iyun 2023, 07:15
- ↺ +

Zabratda yaşayış binasının zirzəmisini mazut basıb - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu, Zabrat qəsəbəsindəki ikimərtəbəli yaşayış binasının zirzəmisinə mazut dolub. Bu, binada yaşayan 27 ailəni təşviş içində saxlayır. Aidiyyəti orqanlara dəfələrlə şikayətlər ünvanlansa da, bir nəticə yoxdur. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 25 ünvanındakı yaşayış binası 1922-ci ildə neft şirkətinin işçiləri üçün inşa olunub. Binanın zirzəmisinə artıq uzun illərdir ki, hündürlüyü təxminən 2 metr olan mazut dolub və gündən-günə yüksəlməyə davam edir.

Sakinlər deyirlər ki, əvvəllər ərazidə neft mədənləri olub. Daha sonra onların fəaliyyəti dayandırılıb. Dərinliyi 4 metr olan binaların zirzəmisinə dolan da mədənlərdən gələn mazutdur. Nəticədə bina yararsız vəziyyətə düşüb. Aidiyyəti qurumlar isə bir tədbir görməyə tələsmir. Vətəndaşlar narahatdırlar ki, adi bir qığılcımdan binanın od tutub alışması qaçılmazdır.

73 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, Fövqəladə Hallar Nazirliyi (FHN) binanın qəzalı vəziyyətdə olmasına dair akt tərtib etmədiyindən hansısa tədbir görmək mümkün deyil.

Nazirlikdən isə dedilər ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi ərazidə mütəmadi yoxlamalar aparır. Qısa zaman ərzində müvafiq rəy veriləcək.

Sabunçu Rayon İcra Hakimiyyətində problemdən xəbərdardırlar. Rayon üzrə 230 qəzalı binanın siyahısı artıq Bakı ŞİH-yə göndərilib. Siyahıda 100 yaşlı binalar da var. FHN-in rəyindən sonra Oktyabr, 25 ünvanındakı bina ilə bağlı lazımi tədbir görüləcək. Hələlik isə söz verilib ki, binanın zirzəmisi təmizlənəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər