Zaqatalada maşının vurduğu şagird Bakıda müalicə alır. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 11 yaşlı İbrahim İbrahimzadə reanimasiya şöbəsindən palataya köçürülüb. Onun vəziyyəti stabildir.
Hadisə 8 fevral tarixində rayonun Göyəm kəndində baş vermişdi. Emin İbrahimov sürücülük hüququ olmadan avtomobillə 11 yaşlı 3 məktəblini – Ramazan İsayev, Kamal Permadov və İbrahim İbrahimzadəni vurub. Nəticədə R.İsayev və K.Permadov vəfat ediblər.
Faktla bağlı cinayət işi açılıb. Sürücü həbs edilib.