top
Zirə qəsəbəsinin sakinləri ərazidə zibil konteynerlərinin olmamasından şikayətçidirlər
24 iyun 2022, 06:40
- ↺ +

Zirə qəsəbəsinin sakinləri ərazidə zibil konteynerlərinin olmamasından şikayətçidirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər rayonunda yerləşən Zirə qəsəbəsinin sakinləri dənizin hasarlanmasından və zibil qutularının olmamasından şikayətçidirlər. Bu haqda 24 iyun tarixində Bakuplus.az xəbər verir.

Qəsəbə sakinləri dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Onlar iddia edirlər ki, dəniz sahilinin bir hissəsi işğal olunaraq hasarlanıb.

İzləyicilərdən Bakuplus.az-a gələn şikayətlə bağlı Zirə qəsəbəsinə üz tutduq. Problemi nəzərə alaraq, dənizin hasarlandığı ərazidə olduq. “Zirə qızıl balıq” restoranından üzü Türkan qəsəbəsinə doğru dəniz ətrafının hasarlandığı xəbəri öz təsdiqini tapıb. Həmin ərazidə hündür çəkilmiş hasarlar nəinki insanların dənizə yaxınlaşmağına, onu kənardan seyr etməyə belə imkan vermir. Sakinlər bildirirlər ki, buranın hansı səbəbdən və kim tərəfindən hasarlandığı məlum deyil.

Digər bir problem Zirədə zibil qutularının olmamasıdır. Burada münasib yer olmadığından, sakinlər məişət tullantılarını yolun qırağına atmağa məcburdurlar. Yaşayış məntəqəsi getdikcə böyüsə də, küçələrə zibil konteynerləri qoyulmur.

“Məişət tullantılarını kisələrə yığıb, küçənin qırağına qoyuruq, daha sonra zibil maşınları onları götürür. Küçələrə qoyduğumuz üçün, antisanitar vəziyyət yaranır, ətrafı pis qoxu bürüyür”, - deyə sakinlərdən biri şikayətlənib.

“Zibilləri küçəyə qoyuruq. Bu zaman sahibsiz itlər kisəni eşib zibili ətrafa yayırlar. Hansı ki, ağzı qapalı zibil qutuları olsa, nə üfunət olar, nə də digər problemlər. Bəziləri isə işə gedəndə evdəki zibilləri maşına qoyub Türkan qəsəbəsindəki qutulara atırlar”, - deyə digər Zirə sakini gileylənib.

Sakinlərin sözlərinə görə, əvvəl qəsəbədə zibil qutuları olub, lakin iki ay əvvəl zibil daşıyan şirkət ərazidən bütün konteynerləri yığışdırıb. Üstündən xeyli vaxt keçsə də, hələ də qutular geri qaytarılmayıb.

[URIS id=49748]

Son xəbərlər

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Oxşar xəbərlər